Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:29

'Sabitliyin demokratiya üzərində qələbəsi'


İlham Əliyev
İlham Əliyev

«Həm Qərb, həm də Rusiya Azərbaycan konstitusiyasına dəyişiklikləri dəstəkləyir, bunları regionda sülh və stabilliyin təminatı hesab edir». «Russia Direct» saytının Azərbaycanda referendum haqda məqaləsində belə deyilir.

Müəllif Sergei Markedonov prezidentlik müddətinin uzadılması, prezidentə parlamenti buraxmaq, növbədənkənar seçki keçirmək, vitse-prezident təyin etmək kimi səlahiyyətlər verən islahatların Azərbaycanın qonşuları, Qərblə münasibətlərinə və xarici siyasətinə təsirini izah etməyə çalışır.

AZƏRBAYCANIN ROLU

Qəzet yazır ki, Azərbaycan Qafqazdakı qonşularından fərqli siyasət yürüdür. Ermənistan Rusiyanın strateji partnyorudur, Gürcüstan isə Rusiyayla diplomatik əlaqələr qurmur, Qərbə yönəlib. Amma Azərbaycan həm Qərb, həm də Rusiyanın tərəfdaşı olmağa çalışır, Qarabağ münaqişəsinin həllində Rusiyanın iştirakında maraqlıdır. Moskvada da Yaxın Şərqdə baş verənlərdən sonra Azərbaycanda inqilabi transformasiyadansa, təhlükəsizlik və stabilliyin gücləndirilməsinin vacib olduğunu düşünürlər.

Buna da bax-Referendum bitməmiş nəticələri dərsliyə necə düşüb?

Qərb üçün həm enerji bazarında, həm də Qafqazda stabilliyin möhkəmlənməsində Azərbaycanın rolu böyükdür. Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Jeffrey Mankoff deyir ki, «Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı maraqları həmişə eyni olub; geosiyasi plüralizmi təbliğ edərək regional münaqişələri önləmək və Xəzər nefti, qazının Avropaya axınını təmin etmək».

ENERJİNİN ROLU

Elə bu enerji məsələsinə görə Azərbaycan bəzən Qərbdən ötrü əhəmiyyətini bir qədər itirə bilər. «Qlobal enerji bazarlarındakı durumdan asılı olaraq, Xəzərdəki yanacağın Avropadan ötrü əhəmiyyəti gələn onillikdə azala bilər. Birləşmiş Ştatlar Cənubi Qafqazdan keçən kəmərlərə geosiyasi plüralizmin təminatı vasitəsi kimi dəyər verəcək, amma enerjinin prioritet rolu dəyişə bilər», - Jeffrey Mankoff belə deyir.

Buna da bax-'Parlament razılaşmırsa, iki dəfə 'yox' deyirsə, prezident neyləməlidir?'

Avropa Birliyinin (AB) mövqeyi bir qədər fərqlidir, avropalı liderlər Azərbaycan hökumətini ölkədə gedən proseslərə, insan haqları pozuntularına görə geninə-boluna tənqid edirlər. Bununla belə, özündən demokratik görünən qonşuları – Gürcüstan və Ermənistan kimi, Azərbaycan da AB-nin «Şərq Tərəfdaşlığı» Proqramına daxil edilib. Avropa Parlamentindən fərqli olaraq, Avropa Komissiyası adətən Bakı ilə konfrontasiyadan qaçır.

AVTORİTARİZMİN ALTERNATİVİ

O ki qaldı Türkiyə və İrana, sayt yazır ki, Azərbaycan İranla münasibətlərini son vaxtlar xeyli yaxşılaşdırıb. «Türkiyəyə keçmiş Sovet respublikaları arasında siyasi baxımdan ən yaxın ölkə həmişə Azərbaycan olub». Bunu, Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının eksperti Кerim Has deyib.

«Russia Direct» yazır ki, demokratik standartlardan uzaq olsa da, Azərbaycan konstitusiyasına dəyişikliklər – İlham Əliyevin hakimiyyətinin möhkəmlənməsi Türkiyə və İran tərəfindən hörmətlə qarşılanır, onlar bunu faydalı addım hesab edirlər.

Müəllif Sergei Markedonov sabitliyin Azərbaycanın sıravi sakinləri üçün də çox əhəmiyyətli olduğunu yazır. «Yaxın Şərqdə baş verənlərdən agah olanlar demokratiyadan çox xaosun avtoritarizmə alternativ yaradacağından qorxurlar. İqtisadi durum hökumətdən narazıların sayını artırıb, etiraz aksiyaları keçirilir, ancaq bu narazılıqlardan radikal dini qruplaşmaların yararlanacağından, etibarlı dini liderlərin yoxluğundan narahat olanlar çoxdur. Konstitusiyaya dəyişikliklərin həm Azərbaycanın daxilində, həm də xaricində xüsusi etiraza səbəb olmamasının səbəbi budur». «Russia Direct» belə yazır.

XS
SM
MD
LG