Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:11

Daha bir hay-küylü məhkəmə gözlənilir.

Söhbət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, «Aztelekom» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, «Azərpoçt» MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev və başqalarının işindən gedir.

Onlar mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilirlər.

«Report»un xəbərinə görə, artıq həmin şəxslərin istintaqı başa çatıb, iş məhkəməyə göndərilib. İşə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır.

Həmin şəxslər ötən ilin noyabrında həbs ediliblər.
Həmin həbslərdən öncə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılmış və bu nazirlikdə 20-ə yaxın yüksəkçinli əməkdaş həbs edilmişdi.

Həmin vaxt hər iki nazirlikdəki həbslərlə bağlı ölkə mətbuatında müxtəlif yazılar dərc edildi. Bu həbslər həm mülkiyyət uğrunda mübarizə, həm də ölkə rəhbərliyində çalışan şəxslərin telefon danışıqlarının gizlin dinlənməsi ilə izah edilirdi.

Sonradan Milli Təhlükəsiz Nazirliyi də ləğv edildi. Onun yerində iki qurum-Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG