Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

Suriya ordusu Hələbdəki qiyamçıları təslim olmağa çağırır


Suriya ordusu Hələbdə

Suriya ordusu Hələbdə

Suriya və Rusiyanın hərbi hava qüvvələri Hələb şəhərində əməliyyatları davam etdirir. Oktyabrın 2-də şəhərə bir neçə güclü hava zərbəsi endirilib. Hökumət Hələbdəki qüvvələri təslim olmağa çağırıb.

«Qiyamçılar təslim olmalı, əhalinin normal həyata qayıtmasına şərait yaratmalıdırlar. Rusiya və Suriya qüvvələri üsyançılardan üz döndərənlərin sağ-salamat keçməsi və yardım almasını təmin edəcək». Suriyanın dövlət agentliyi - SANA-nın yaydığı bəyanatda belə deyilir.

250 minə qədər əhalisi olan Hələb şəhərinin bir hissəsi indi qiyamçıların nəzarətindədir.

BMT-nin humanitar yardım idarəsinin rəhbəri Stephen O'Brien beynəlxalq aləmi Hələbə hücumları dayandırmaqdan ötrü təcili tədbir görməyə çağırıb. O, Hələbdə ərzaq, dərman və elektrik enerjisinin olmadığını, həyatın cəhənnəmə döndüyünü, tibbi xidmət mərkəzlərinin dağıdıldığını deyib. Britaniyanın xarici işlər naziri Boris Johnson Rusiya və Suriyanı kəskin tənqid edib, indiki vəziyyətdə sülh danışıqlarını bərpa etməyin mümkün olmadığını, qaçqın böhranının uzandığını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG