Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Ivanishvili Pirosmaninin yarım milyonluq əsərini alıb muzeyə bağışladı


Niko Pirosmaninin "Çaydan su içən cüyür" əsəri.

Niko Pirosmaninin "Çaydan su içən cüyür" əsəri.

-

Gürcüstanın keçmiş baş naziri Bidzina Ivanishvili məşhhur gürcü rəssamı Niko Pirosmaninin "Çaydan su içən cüyür" əsərini Gürcüstan Milli Muzeyinə hədiyyə edib. Bu haqda agenda.ge saytı Gürcüstanın Mədəniyyət Nazirliyinə istinadən məlumat yayıb. Əsər xüsusi mərasimlə Dmitri Shvernadze adına Milli qalareyaya bağışlayıb

Xatırladaq ki, gürcü milyarderi və siyasətçisi Ivanishvili bu əsəri Londondakı Sotheby's hərracından bu ilin iyununda 629 min funt sterlinqə alıb. Əsərin ilkin qiyməti 150-200 min funt sterlinq olub.

Buna da bax: Qəribə adam (Niko Pirosmani)... [Dinlə]

Gürcü primitivist rəssamı Niko Pirosmaninin "Çaydan su içən cüyür" əsəri sonuncu dəfə 2011-ci ilin noyabrında Sotheby's hərracında satılmışdı. Bundan öncə isə əsər 50 illiyə gürcü aktrisası Tamara Tsitsishviliyə məxsus olub. Pirosmani sağlığında bu əsəri "Ağ duxan" adlı meyxanəyə bağışlayıb və Tsitsishvili ailəsi də əsəri 1949-cu ildə elə ordan alıb.

Həmçinin qeyd etmək lazımdır ki, bu Ivanishvilinin Gürcüstan Milli Muzeyinə ilk hədiyyəsi deyil, milyarder 2015-ci ildə "Christie's" hərracından 1,5 milyon dollara Pirosmaninin "Arsenal dağının gecə görünüşü" əsərini alaraq muzeyə hədiyyə etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG