Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Hollywoodun 25 ən güclü yazıçısının siyahısında yeni adlar var


Hollywood Reporter jurnalının siyahısına görə 2016-cı ilin "ən güclü yazıçılar"ı J.K. Rowling, George R. R. Martin, John Green.

Hollywood Reporter jurnalının siyahısına görə 2016-cı ilin "ən güclü yazıçılar"ı J.K. Rowling, George R. R. Martin, John Green.

-

Hollywoodun əsərlərindən ən çox istifadə etdiyi yazıçılar JK Rowling, Stephen King və George RR Martindən sonra siyahıya yeni yazıçılar da daxil olub. "Hollywood Reporter"in yaydığı yeni "Hollywoodun ən güclü yazıçılar" siyahısına üç yeni yazıçı EL James, Paula Hawkins və Patrick Ness daxil olublar.

Jurnalın 25 ən güclü yazıçı siyahısına "Harry Potter" seriyasından olan filmlərin ssenari müəllifi Rowling başçılıq edir. Hollywood şirkətlərinin ən çox üz tutduğu yazıçılar arasında ikinci yerdə isə Stephen King dayanır. Onun əsəri əsasında çəkilmiş və fevral ayında səhnəyə çıxmış çoxseriyalı film "Qaranlıq qəsr" xeyli uğurlu olub.

Buna da bax: "Forbes"ə görə bu ilin ən çox qazanan yazıçıları

Siyahına üçüncü yeri tutan James Patterson ən çox pul qazanan yazıçıdır, onun 2015-ci ildə gəliri 95 milyon dollar olub. Dördüncü yerdə dayanan George RR Martin isə çoxseriyalı "Taxt oyunları" filmi ilə hər iki saatlıq filmin 100 milyon dollara qədər qazancı olduğunu deyir.

E. L. Jamesin azərbaycanca çıxan kitabının üz qabığı.

E. L. Jamesin azərbaycanca çıxan kitabının üz qabığı.

Bu il ənənəvi siyahıya daxil olan yeni sima "Bozun əlli çaları"nın müəllifi EL Jamesdir. Onun romanı əsasında çəkilmiş filmin treylerinə bir gündə 114 milyon baxış olub. Romanın özü ilə keçən il dünyada ən çox satılan kitablar arasında ikinci yeri tutub. Romanına çəkilmiş filmin prodüseri də olan El James jurnala deyib ki, kitabın belə oxunmasının sirri içindəki erotik təsvirlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG