Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:30

Aktivləşən Colima vulkanının yaxınlığında yaşayanlar köçürülüb


Oyanmış vulkan (arxiv fotosu)

Oyanmış vulkan (arxiv fotosu)

Sentyabrın 30-dan Meksikada aktivləşən Colima vulkanının ətrafındakı yaşayış yerləri boşaldılıb. Vulkan hələ də aktiv vəziyyətdədir.

Rəsmilər yanardağın ətəklərindəki kəndlərdə yaşayan təxminən 350 nəfərin təhlükəsiz ərazilərə yerləşdirildiyini bildirib.

Meksikada 3 mindən artıq vulkan var. Onlardan 14-ü aktivdir.

“Alov Vulkanı” da adlandırılan Colima vulkanının hündürlüyü 3 min 800 metrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG