Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

Hələbin ən böyük xəstəxanası ikinci dəfə vurulub


Suriyanın Hələb şəhəri. 30.09.2016

Suriyanın Hələb şəhəri. 30.09.2016

Suriyada Hələbin müxalif qüvvələrin nəzarətində olan şərq hissəsində şəhərin ən böyük xəstəxanası yenidən hava hücumlarına məruz qalıb.

Bu xəstəxana artıq dörd gün içində ikinci dəfə vurulur .

Bu arada Rusiyanın dəstəyi ilə Suriya ordusu Hələbin tarixi hissəsini də bombalayıb. Şəhərin bəzi məhəllələrində Suriya ordusu ilə müxaliflər arasında silahlı toqquşmaların olması haqda da xəbərlər yayılıb.

Suriya və Rusiya sentyabrın 19-da atəşkəsin pozulmasından sonra Hələbin şərq hissəsində yenidən hava hücumlarına başlayıb. Suriya ordusu quruda da müxaliflərə qarşı hərbi əməliyyatları davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG