Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:17

Ən məşhur Livan yazıçısının kitabı ilk dəfə azərbaycanca çıxdı


Mihail Naimenin "Nərmin Yayın Evi"ndən çıxan "Mirdadın kitabı"nın üz qabığı.

Mihail Naimenin "Nərmin Yayın Evi"ndən çıxan "Mirdadın kitabı"nın üz qabığı.

-

Livan yazıçısı Mihail Naime (1899-1988) ərəb ədəbiyyatının klassik yazıçılarından hesab olunur. O yaradıcılığa publisist kimi başlasa da sonradan ərəb realist hekayəçiliyinin əsasını qoyub və hətta dramaturgiya ilə də məşğul olub.

Mihail Naime-nin 1949-cu ildə qələmə aldığı "Mirdadın kitabı" romanı Xəlil Cibran üslubunda danışılan bir əfsanə təsiri bağışlayır. Romanda insanın Tanrıya gedən yolda qarşılaşdığı sirrlərə aydınlıq gətirilir. Böyük Nuh tufanından yaddaşlarda qalanları canlandırmaqdan ötrü, Nuhun əmriylə bir Gəmi-ev inşa edilir. Qəribə ziyarətçisi Mirdad Gəmi-evi qorumaq üçün vəzifələndirilmiş doqquz yoldaşı tərbiyə etməlidir.

Eyni zamanda Mihail Naimenin Azərbaycan dilində ilk kitabı oln "Mirdadın kitabı" bu günlərdə "Nərmin yayın evi"ndən çıxıb. Kitabın dilimizə tərcüməçisi Fərzuq Seyidbəylidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG