Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

'Tanpınarı kəşf et', Türkiyənin 5 şəhərinə səyahət qazan


Türk yazıçısı Ahmet Hamdi Tanpınar.

Türk yazıçısı Ahmet Hamdi Tanpınar.

-

Bakıda yerləşən "Yunus Emre İnstitutu" “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib.


İnstitutdan Oxu Zalına verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədiylə həyata keçirilir.

Buna da bax: A. H. Tanpınar: "Azadlığın yoxluğuna tez öyrəşirik"


Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb,10000-dən artıq olmayan, Times New Roman şrifti ilə yazılmış esselər qəbul olunacaq.

E-mail: tanpinarbaku@gmail.com

Müsabiqəyə esse göndərən müəlliflərdən həmçinin;

* tərcümeyi-hal,
* e-mail ünvanı,
* əlaqə nömrəsi tələb olunur.

Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Müraciət üçün son tarix: 15 noyabr 2016-cı il

Müsabiqədə yarışan esselər Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək.

Yarışmanın nəticələri 15 dekabr 2016-cı ildə Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq.

İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraqTürkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.

(Səyahət 2017-ci ilin may ayında baş tutacaq)

XS
SM
MD
LG