Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:13

Trump-la Clinton-un söz davasına bu dəfə gözəl səbəb oldu


D.Trump və H.Clinton

D.Trump və H.Clinton

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trump ona «qadın düşməni» deyən Venesuela əsilli dünya gözəli Alicia Machado-nu «iyrənc» adlandırıb.

Machado bundan əvvəl demişdi ki, kökəldiyi üçün Trump onu ələ salıb. Həm də latın amerikalı olduğuna görə ünvanına «xadimə xanım» deyib. Alicia Machado-nun bu açıqlamalarını Demokratlar Partiyasından prezidentliyə namizəd Hillary Clinton rəqibinə qarşı istifadə etmişdi.

Trump Clinton-a sosial şəbəkədən cavab verərək bildirib ki, «get, iyrənc Machado-nun keçmişini və seks kasetlərini araşdır».

Clinton bu mesaja «kim səhərə yaxın saat 3-də durub Twitter-dən keçmiş dünya gözəlinə hücum edər? Bu hərəkət onun kimi bir adam üçün belə anormaldır» cavabını verib.

Aparılan son sorğulara görə, Hillary Clinton 5 faiz səslə Donald Trump-ı geridə qoyur.

ABŞ-da prezident seçkisi noyabrın 8-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG