Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32

Filippin prezidenti Rodrigo Dutertenin indi də özünü Hitlerə oxşatması və "Almaniyada Hitler vardı, Filippində də mən varam" , "mən də 3 milyon narkomanı məhv edərdim", - deməsi dünyada böyük narazılıq doğurub. BMT dərhal buna öz narahatlığını bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə deyib ki, “ABŞ-ın Filippinlə əməkdaşlığı ortaq dəyərlərə əsaslanır və buna insan haqlarına və insan ləyaqətinə inamımız daxildir”. Toner deyib ki, “Dutertenin sözləri bu ənənədən əhəmiyyətli uzaqlaşmadır”.

Duterte son aylar ABŞ prezidentini və BMT baş katibini söyməsi ilə məşhurlaşıb. Bu yaxınlarda isə Avropa Birliyi haqda suala barmaq göstərməklə cavab vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG