Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:29

Bestsellerlər müəllifi ədəbiyyatda dözüm gətirməyin yollarından danışır


Şotland yazıçısı Val McDermid.
Şotland yazıçısı Val McDermid.

-

“Başımı bir yığın zir-zibilin atıldığı qab kimi təsəvvür etməkdən xoşum gəlir. Ora hər şeyi atırsan, ancaq həqiqətən maraqlı olanlar yaşamağa haqq qazanır”.–nüfuzlu mükafatların sahibi Val McDermid deyir.

Şotland yazıçı Val McDermid müasir dövrün ən böyük detektiv yazarlarından biridir. İndiyədək onun 27 romanı, çoxlu qısa hekayələri və uşaq kitabları çıxıb. Kitabları dünya üzrə 10 milyon nüsxədən çox satılıb. O “Independent” qəzetinə səbrin yazıçılıqda önəmindən, yazmağın heç bir qaydası olmamasından, kompyuter oyunlarını yazıçılıqdan necə istifadə etməsindən danışır.

- Ümumiyyətlə yazarkən nələrdən ilhamlanırsınız?

- Hər şeydən ilhamlanmaq olar. Avtobusda eşitdiyim bir şeydən, ya da kiminsə danışdığı əhvalatdan, radiodan eşitdiyim şeylərdən beynimdə bir mövzu formalaşa bilər. Yetər ki, yerli-yataqlı bilmədiyim bir əhvalatı ilk eşidəndə “ah bu ki, maraqlıdır” deyim, “Görəsən bunun yerinə o olsaydı necə olardı” – deyə düşünüm. Məncə bütün bunlar insanın hər şeylə maraqlanmaq keyfiyyətindən asılıdır.

Buna da bax: "Forbes"ə görə bu ilin ən çox qazanan yazıçıları

- Bəs ağlınıza gələn ideyları harda saxlayırsınız?

- Başımın içində. Bir şey diqqətimi çəkərsə dərhal özümçün qeyd götürürəm. Məsəlçün, bir neçə il öncə “Sonuncu tamah” adlı kitab yazmışdım. Bu kitabda hadisələr Avropanın su yollarında baş verir, o ərəfədə mən bir neçə həfətmi Mərkəzi Avropanın çayları və kanallarında gəzərək, qayıqlarda işləyənlər, qayıqla səyahət edənlərlə söhbətlər edərək keçirmişdim, çoxlu qeydlər götürmüşdüm. Mən adətən qeydlərimin sonradan yadıma düşüb düşməməsi ilə onları dəyərləndirirəm. Əgər o xatırlayacağım qədər maraqlı deyilsə niyə başqalarına maraqlı olsun. Başımı bir yığın zir-zibilin atıldığı qab kimi təsəvvür etməkdən xoşum gəlir. Ora hər şeyi atırsan, ancaq həqiqətən maraqlı olanlar yaşamağa haqq qazanır

- Kitab yazmaqla bağlı bir zaman kəsiyində özünüz üçün müəyyən etdiyiniz strategiyanız varmı?

- Mən hər il yanvar ayından oturub kitab yazmağa başlayıram, il beləcə başa çatır. Fiziki olaraq bir kitabı yazmaq mənim üç ayımı alır, amma bir kitab üzərində düşünüb ideyanı mökəmləndirmək üçün bir ildən çox vaxt lazımdır. Beləliklə ilk başlar əhəmiyyətsiz başlanğıc ideyadan ibarət olan əsər, sonra ətrafında fırlandıqca, onunla bağlı müxtəlif adamlarla söhbət edib, müxtəlif qeydlər apardıqca böyüyür və dolğun bir əhvalata çevrilir.

- Bəs ilk kitabınız necə ərsəyə gəlmişdi?

- İlk detektiv-cinayət janrında kitabımı 1980-lərin ortalarında yazmışam. Mərkəzi obraz, baş qəhraman lezbian jurnalist idi və mən artıq bilirdim ki, əsərimi nəhəng nəşriyyatlara yollamağın mənası yoxdur, çünki nəhəng nəşriyyatlar o vaxt belə kitabları çap etmirdilər.

Val McDermid 1980-lərdə.
Val McDermid 1980-lərdə.

Onda kitabı “The Women’s Press” nəşriyyatına yolladım, çünki bu nəşriyyat müstəqil feminist nəşriyyat idi və bir neçə ay sonra onlardan cavab gəldi ki, kitabımı çap etmək istəyirlər. Və hər şey beləcə başladı. Çox həyəcanlıydım. O vaxt nədənsə ədəbiyyat agentim yox idi, bu nəşriyyatla ilk işimiz idi və həqiqətən ən pis iş oldu, ancaq sonradan özümə agent tutdum və birlikdə düz 29 kitab nəşr etdirdik.

- İş gününüzü necə keçirirsiniz?

- Mən səhərlər tez oyanan deyiləm. Səhəri sevmirəm. Hələ səhər 11-dən tez bir cümlə yazdığımı xatırlamıram. Adətən 9:30 da masamın arxasında emaillərimi oxumaqla, Twitter-ə girməklə, iş günümü necə çekirmək haqda düşünürəm, yazılarıma bir göz atıram. Və bundan sonra başlayıram. Özümü 20 dəqiqəlik zaman kəsiklərində yazmağa öyrətmişəm, çünki deyəsən diqqətimi ancaq 20 dəqiqəlik toplaya bilirəm, sonra gedib bir fincan qəhvə hazırlayıram yaxud da poçta gedirəm, telefonla zəng edirəm, ya da kompyuter oyunları oynayıb işimin başına geri dönürəm. Doğrusunu desəm bir müddətə qədər işləyim orda dayanıram və daha davam etmirəm. Adətən bu axşam saat 7-yə qədər çəkir, ancaq yazıdan zövq alsam bəzən şam yeməyindən sonra da yazmağa davam edib, səhərə qədər yazmağı dayandırmıram.

- Kompyuter oyunları beynininzdə yazmaq üçün ayrılmış bölgəni əlinizdən almır ki?

Val McDermid əsasən müxtəlif cinayətlər, onların ört-basdır edilməsi və s. mövzularda əsərlər yazır.
Val McDermid əsasən müxtəlif cinayətlər, onların ört-basdır edilməsi və s. mövzularda əsərlər yazır.

- Mən hər cür oyunları oynayıram, konsol oyunları, kompyuterdəki oyunlar, bir sözlə gündəlik baş qarışdırmaq üçün oyunlardan tutmuş ciddi oyunlara qədər. İndiyə qədər “Tomb Raiderin yüksəlişi”ndən tutmuş, sonuncu “Lara Croft” oyunlarına qədər oynamışam. Oyunlar beyinin tamam başqa bölgəsindən istifadə edir. Bu cür işlərlə məşğul olanda, mənə elə gəlir şüuraltmda növbəti kitabın hazırlanması üçün boş yer ayrılır. Eyni şey gəzintiyə çıxanda da olur, bu zaman beyinin fərqli bölgəsində yerlərdən istifadə olunur.

- Ədəbiyyatda sizə ən çox təsir edən kimlərdir?

- Hər yazıçı fərqli yöndən mənə təsir edib, onlardan Robert Louis Stevenson, Agatha Christie, Ruth Rendall və Sara Paretsky-ni saya bilərəm.

Mən acgözlüklə oxuyuram. Məncə hər bir yazıçı həm də yaxşı oxucu olmalıdır. Oxumasan yazıçılıq sənətində necə irəliləyəcəksən? Oxumaq yazıçı üçün yemək və su kimidir. Başqalarını oxuduqca öz səhvlərini görə bilirsən. Nə qədər çox yazsam, oxuyan zaman bir o qədər mətnə tənqidi münasibətim artır. Hal-hazırda Graeme Macrae Burnet-in “Onun qanlı layihəsi” kitabını oxuyuram. Daha çox cinayətdən bəhs edən ədəbiyyat oxuyuram, ancaq bu mövzudan tamamilə uzaq mövzulardan da kənar düşmürəm. Məni əhvalat maraqlandırır – istəyirəm yaxşı yazan yazıçılar mənə yaxşı əhvalatlar danışsın və beləliklə oxucu kimi özümü inkişaf etdirə bilim.

Buna da bax: Detektiv ədəbiyyatın kraliçası, o necə yazıçı olmuşdu...

- Yazıçı kimi belə uzun kariyeranın sirri nədir?

- Davamlılıq və səbr. Düşünürəm ki, biz yazıçıların səbr və təmkinləri o dərəcədə qiymətləndirilmir ki, bu bizə yer eləyir. Bəzən hətta hadisələrin gedişinə dözüb səbr etməyə çalışıram ki, qoy zamanla o böyüsün.

Val McDermid-in "Edam yeri" romanı əsasında çəkilmiş ingilis filminin treyleri.

- Ən uzun vaxta yazdığınız kitab hansıdır?

- Müəyyən mənada “Edam yeri” romanımı 20 ilə bitirdiyimi deyə bilərəm. Onu yazmağa başlayanda 1970-lərdə Derbyshire-yə getmişdim, o zaman təbiətin gözəlliyinə vurulmuşdum və qərar vermişdim ki, bu yer haqda çox canlı boyalarla yazmalıyam. Bu 20 ilimi aldı. Digər bir əsərim “Qaranlıq hiyləsi” isə nə az nə çox 12 ilimi aldı. 12 il ərzində mən hadisələrin beynimdə cərəyan edib vücud tapmasını gözlədim, belə ki, bəzən həqiqətən səbirli olmalısan. Həmişə beynimdə 3-4 hazır mövzu olar, onlardan bəziləri növbəti ilin yanvarından yazılmaq üçün növbə gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG