Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:23

Bundan sonra Azərbaycanda yük aşırılmasına görə, əlavə dəyər vergisi (ƏDV) tutulmayacaq.

Ölkə parlamenti sentyabrın 30-da Vergilər Məcəlləsinə bununla bağlı dəyişiklik edilməsini dəstəkləyib.

“Turan”ın xəbərinə görə, indiyədək tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti adi qaydada ƏDV-yə cəlb edilirdi. Bu qayda Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində nəzərdə tutulurdu.

Parlament həmin maddəyə dəyişiklik edib. Yeni mətndə göstərilir ki, tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV 0 dərəcə ilə hesablanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG