Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

«REAL» Hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlı ölkədən çıxışına yasaq qoyulması ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə müraciət ünvanlayıb.

A.Qasımlı müraciəti ilə bağlı AzadlıqRadiosuna deyib: «Mənə qarşı hər hansı cinayət işi yoxdur, hər hansı ittiham yoxdur, məhkəmə qərarı yoxdur. Odur ki, ölkədən çıxışıma qoyulan yasağı qanunsuz sayıram və bunun səbəbini öyrənmək istəyirəm».

A.Qasımlı qeyd edib ki, sentyabrın 30-da şəxsi işləri ilə bağlı iki günlük İstanbula yola düşməlidir. Amma ona icazə verilib-verilməyəcəyini bilmir.

A.Qasımlı sentyabrın 27-də Gürcüstana gedərkən Böyük Kəsik keçid məntəqəsində ölkədən çıxışına yasaq qoyulduğu məlum olmuşdu.

Onda o, yenidən geriyə, Bakıya qayıtmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG