Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Sentyabrın 29-da 8-ci Vaşinqton İdeyaları Forumunda ABŞ Dövlət katibi John Kerry dünyadakı problemlərdən danışanda qısaca Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Atlantik və Aspen İnstitutunun təşkil etdiyi forumda Kerry Qarabağ haqda deyib: “Bu gün dünyada bir sıra dondurulmuş münaqişələr var – Dağlıq Qarabağ, Azərbaycan – Ermənistan münaqişəsi.”

Kerry deyib ki, Dağlıq Qarabağda gərginlik var, liderlər isə həllə hazır deyillər.

Kerrynin çıxışında əsas diqqət isə Suriya və Rusiya məsələsinə yönəlib. Kerry deyib ki, Suriyada Rusiya ilə əməkdaşlığı dayandırmağın ABŞ bir addımlığındadır. Səbəb isə Kerryinin sözlərinə görə, Rusiyanın Hələbdəki əməliyyatıdır. Kerry deyib ki, son 10 gündə hava zərbələrində yüzlərlə mülki şəxs ölüb və bu hava zərbələri müharibə qanunlarına tamamilə ziddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG