Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Azərbaycan ərəb investorları kənd təsərrüfatı sahəsinə cəlb etmək istəyir. Kənd təsərrüfatı naziri Heydər Əsədovun Birləşmiş Ərəb Əmirliklərinin iri MBM şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşündə bu məsələlər müzakirə edilib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Görüşdə ölkənin aqrar sektorunda əlavə investisiyalar tələb edən sahələr və onların yatırılması yolları polemika mövzusu olub.

Azərbaycan ərəb investorlara aqroparkların, burda yetişdirilən kənd təsərrüfatı məhsullarının, eləcə də quş əti və yumurta, konservləşdirilmiş meyvə və tərəvəzin BƏƏ və digər ərəb ölkələrinə ixracı üçün logistik bazanın yaradılmasında iştirakı təklif edib.

MBM şirkətlər qrupunun korporativ məsələlər üzrə direktoru Federico Cervellini qeyd edib ki, onun şirkəti Azərbaycanla əməkdaşlıqda, aqrar sektor infrastrukturuna və aqroparkların yaradılmasına investisiya qoyuluşunda maraqlıdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin 6 ayı ərzində Azərbaycan BƏƏ-yə 600 min ABŞ dolları həcmində 22 ton süd və qaymaq, 2.7 ton kərə yağı, 1.7 ton pendir, 20.6 ton pomidor, 8.66 ton göbələk, 44 ton fındıq, 80 ton meyvə şirəsi və s. kənd təsərrüfatı məhsulları ixrac edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG