Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər.

APA bu xəbəri xarici işlər naziri Elmar Məmmədyarova istinadən yayıb: «Çox güman ki, səfər oktyabrın ikinci yarısında baş tutacaq. Səfərin tarixi dəqiqləşdirilir. Onlar həm Azərbaycan, həm də Ermənistana səfər edəcəklər», - deyə nazir qeyd edib.

ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik edir. 1996-cı ildən etibarən bu missiyanı yerinə yetirir. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir, qrup münaqişənin dinc vasitələrlə tənzimlənməsini prioritet elan edib.

Bu ilin aprelində Azərbaycan və Ermənistan arasında hər iki tərəfdən böyük itki ilə nəticələnmiş bir neçə günlük müharibə ATƏT-in Minsk qrupunu fəallaşdırsa da, hələ ki, münaqişənin sülh yolu ilə həllinə doğru heç bir konkret addım atılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG