Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Azərbaycan Beynəlxalq Bankı İsveçrənin Cenevrə şəhərində keçirilən SIBOS-2016 beynəlxalq sərgi-konfransında özünə tərəfdaş arayıb.

«Report»un məlumatına görə, Beynəlxalq Bank onlara sindikatlaşdırılmış əqd sazişi təklif edib.

Beynəlxalq Bank bildirib ki, danışıqlarda iştirak edən 20-dən çox xarici maliyyə institutu belə bir sazişə qoşulmaq niyyətini təsdiqləyib. 4 bank isə elə sərgidəcə sazişə qoşulub. Cəlb olunacaq vəsait Beynəlxalq Bankın cari öhdəliklərinin yenidən maliyyələşdirilməsinə yönəldiləcək.

Bank Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) təşkilatçılığı ilə 1978-ci ildən keçirilən SIBOS sərgi-konfransından ilk dəfədir ki, öz stendi ilə iştirak edir.

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev başda olmaqla bankın keçmiş rəhbərliyi vəsaitləri mənimsəməkdə və s. cinayətlərdə ittiham edilir. Azərbaycan dövləti bankın sağlamlaşdırılması üçün 3 milyard dollar ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG