Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

Rusiya ABŞ məlumat bazalarına müdaxiləsini bir az da artırıb.

Bunu Federal Tədqiqatlar Bürosunun (FBI) direktoru James Comey Konqresdə çıxışında deyib. Onun sözlərinə görə, rus hakerlər Birləşmiş Ştatların seçki-qeydiyyat bazalarına müdaxilə etməyə çalışırlar və agentlik onların qarşısını almaq üçün çox böyük əmək sərf etmək məcburiyyətindədir.

Hakerlərin Amerikada seçkinin nəticələrini dəyişməyə cəhd etdiyi güman olunur. Avqust ayında FBI ABŞ-ın bütün ştatlarını seçkiylə bağlı məlumatların təhlükəsizliyini gücləndirməyə çağırmışdı. Onda rəsmilər cəmi iki ştatda hücum cəhdinin qeydə alındığını deyirdilər. Adının açıqlanmasını istəməyən mənbələrin CNN-ə verdiyi məlumata görə, indi Amerikanın onlarla ştatında seçki sənədlərinə müdaxilə cəhdi qeyd olunub. Rəsmilər bu cəhdlərin arxasında Rusiyanın dayandığına əmindirlər.

ABŞ-da prezident seçkisi noyabrın 8-də olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG