Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Papa:"Hələbi bombalayanlar Allah qarşısında cavab verəcəklər"


Pope Francis

Pope Francis

Roma papası Francis Hələbin bombalanmasını dayandırmağa çağırıb və xəbərdarlıq edib ki, cavabdehlər bir gün Allah qarşısında cavab verəcəklər.

O, sentyabrın 28-də müqəddəs Petr meydanında çıxış edərkən Hələbi hamının-uşaqlar, qocalar, xəstələr və cavanların öldüyü şəhid şəhər adlandırıb.

“Bir daha hamıya müraciət edərək dinc sakinləri müdafiə etmək üçün güc tapmağa çağırıram. Bu öhtəlik mütləq və təxirəsalınmazdır. Buna görə cavabdehlik daşıyanların vicdanına səslənirəm, bir gün Allah qarşısında cavab verməli olacaqsız”, deyə papa vurğulayıb.

Qeyd edək ki, Suriyanın hökumət qoşunları və ona müttəfiq qüvvələr bundan bir neçə saat əvvəl Hələbin şərq rayonlarına hücuma keçiblər.

Yerli sakinlər çörək sexi və əsas hospitalın atəşə tutulduğunu deyirlər.

ABŞ bəyan edib ki, bu prezident Bashar Assad rejimi və onun rusiyalı və regional müttəfiqlərinin beynəlxalq sülh prosesindən imtina etdiklərini göstərir.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG