Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

Beynəlxalq Cinayət Təhqiqat Qrupu Ukraynada vurulan təyyarə ilə bağlı aralıq hesabatını yayacaq.

Malayziyaya məxsus olan MH17 sərnişin təyyarəsi 2014-cü ildə Ukraynayla separatçılar arasında münaqişə zamanı vurulmuşdu. Təyyarədə olan 298 adam—ekipaj heyəti və sərnişinlərin hamısı həlak olmuşdular.

Birgə araşdırma qrupu əldə etdiyi materialları sentyabrın 28-dəNiderlandda keçirilən toplantıda müzakirə etməlidir. Niderland Təhlükəsizlik Şurasının hesabatına görə, təyyarə separatçıların nəzarətində olan ərazidən vurulub. Separatçıların arxasında dayanan Rusiya onları hesabatda adıçəkilən silahla silahlandırmadığını, ümumiyyətlə, təyyarənin vurulmasında əli olmadığını bildirir. Rusiyanın müdafiə naziri beynəlxalq araşdırma qrupunun düzgün yolda olmadığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG