Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Rusiyada son parlament seçkilərində “karuselin” olduğunu sübut edən jurnalistin işi məhkəməyə verilib.O, başqa seçicinin yerinə səs vermək üçün bülleten götürməkdə ittiham olunur.

Sentyabrın 18-də “Fontanka” dərgisinin əməkdaşı olan Denis Korotkov redaksiyanın tapşırığı ilə “karusel” olduğunu, yəni bir nəfərin bir neçə nəfərin yerinə səs verdiyini yoxlamalı idi.

“Fontanka” yazır ki, Korotkov Sankt Peterburqda seçki məntəqlərinin birində xüsusi nişan olan pasportunu təqdim edib və ona bir dəstə bülleten verilib və təklif olunub ki, başqa vətəndaşın adı olan yerə qol çəksin. Jurnalist seçki məntəqəsində suallar verməyə başlayanda polis gəlib və onu saxlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG