Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Müdafiə naziri Zakir Həsənov Rusiya Federasiyası Hava Kosmik Qüvvələr komandanı Viktor Bondarevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyi bildirir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Buna da bax:​ Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb

Rusiya Federasiyası Hava Kosmik Qüvvələr komandanı Viktor Bondarevin rəhbərlik etdiyi nümayəndə heyəti II Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etməkdən ötrü Azərbaycana gəlib.

Müdafiə naziri Zakir Həsənov bundan bir neçə saat əvvəl Türkiyənin milli müdafiə naziri Fikri Işık-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdü.

Həmin görüşdə də iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın müzakirə edildiyi bildirilirdi.

Buna da bax:​ Bakıda silah sərgisi başladı

Zakir Həsənovun sentyabrın 27-də həmçinin, sərgidə iştirak edən belaruslu həmkarı Andrei Ravkov və Serbiyanın müdafiə naziri Zoran Djordjevic-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə bir araya gəlmişdi.

Bu görüşlərdə də hərbi əməkdaşlıq məsələlərindən danışıldığı qeyd edilirdi.

Sentyabrın 27-də Bakıda II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - ADEX-2016 başlayıb. Sərgi sentyabrın 30-na kimi davam edəcək.

XS
SM
MD
LG