Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Dünyada 3 valideyni olan ilk uşaq doğulub. Bunu Britaniyanın elmi jurnalı New Scientist yazır.

Meksikada anadan olan uşaqda 3 nəfərin genetik materialından istifadə olunub.

Belıə bir uşağın doğulması xəbəri indi verilsə də, qeyd olunur ki, əslində uşaq 5 ay əvvəl doğulub, indiyə kimi onun üzərində müşahidə aparılırdı ki, uşaq normaldırmı.

İordaniyadan olan müsəlman ailəsinin uşaqları kiçik yaşlarında ölürmüş və məlum olub ki,qadında Ley sindromu var. Bu sindrom qadının uşaqlarında mərkəzi sinir sistemini sıradan çıxarırdı.

Amerikalı genetiklər qadının xəstə geninin uşağa keçməməsi üçün həmin genin sağlam formasını kənar qadın donordan götürüblər. Qalan genlər isə ana və atanındır.

Bu əməliyyat Meksikada olub, çünki ABŞ-da bu texnologiyanın istifadəsi qadağandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG