Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

“Baxır onların kefinə” – ADO`da premyera


ADO teatrının yeni tamaşası "Baxır onların kefinə".

ADO teatrının yeni tamaşası "Baxır onların kefinə".

-

“Baxır onların kefinə” – ADO`da premyera

30 sentyabr saat 19:00-da ADO teatrı yeni “Baxır onların kefinə” adlı tamaşasının yeni formada premyerasını edəcək. Teatrdan OxuZalına verilən məlumata görə, tamaşa Rumın dramaturqu Matey Vişnekin “Səncə, döyəcəklər?” pyesi əsasında hazırlnıb.

Tamaşanın rejissorları əməkdar artist İlqar Cahangir və ADO`nun təsisçi və rəhbəri Elmin Bədəlovdur. Tamaşadakı rolları isə Ceyhun Zabitli və Orxan İsgəndərli canlandıracaq.

Buna da bax: ADO-nun "Cənnətin işğalı" necə baş tutub? [Fotolar]

Qeyd edək ki, adıçəkilən pyes teatr “Oda” adı ilə yaradılanda hazırlanıb və teatrın ilk tamaşası olub. 2013-cü ildə tamaşaçılara təqdim olunub. Lakin teatr formasını yeniləyib ADO olandan sonra tamaşa repertuardan çıxarılmışdı. Hazırda tamaşa yeni quruluş və yeni formatda 30 sentyabr saat 19:00-da tamaşaçılara təqdim olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG