Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

Silahlı Qüvvələrin 20 il və daha çox xidmət etmiş hərbi qulluqçularından 222 nəfəri mənzillə təmin ediləcək.

Bu qərarı Maliyyə Nazirliyinin Komissiyası qəbul edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, ölkə başçısının “Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmanında nəzərə tutulan meyarlara cavab verən 404 nəfər hərbi qulluqçu hazırda mənzil növbəsindədir. Ötən həftə daha 304 nəfər mənzil növbəsinə qəbul edilib.

Ayrılacaq mənzillərin sahəsi və maliyyələşməsi barədə məlumat verilmir.

Hərbçilərin mənzillə təmin edilməsi üzrə komissiyanın rəsmi məlumatı 2012-ci ildən dərc edilir. O vaxtdan hərbiçilərə 616 mənzil ayrıldığı bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG