Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:12

Ermənistan parlamentində müzakirə zamanı Erməni Milli Konqresindən olan deputat Grant Bagratian deyib ki, Brüsseldə “Kiçik və Orta Biznes” mövzusunda çıxış edəndə , Ermənistanın statistik göstəricilərinə görə biabır olub.

Aravot qəzeti yazır: “Bagratian deyib ki, Brüsseldə çıxışı zamanı çox ehtiyatla Ermənistan üzrə göstəriciləri təqdim edib. Deyib ki, Ermənistanın Kiçik və Orta Biznesin ÜDM-də payı 70 faizdir. Bu məlumatı isə Statistika İdarəsindən götürüb. 70 faizi eşidən bir professor Bagratiana deyib ki,”sizin ola bilsin, statistik göstəriciləriniz yoxdur. Ancaq biz bunu qiymətləndirmişik, Kiçik və Orta Biznesin ÜDM-də payı 70 yox, 14 faizdir”.

Bu əhvalatı danışan Bagratian deyib ki, “bizim statistika budur. Statistika deyəndə ki, bizdə 12 min dükan var, ola bilsin ki, əslində 3 min dükan var, statistikanın rəqmlərinə şübhə ilə baxmaq lazımdır. Bizdə statistika yoxdur. Hamı rəqəmlərin şəklini çəkməklə məşğuldur. Mən utandığımdan yerə girdim. Mən Gürcüstan haqda daha yaxşı çıxış edə bilərdim”.

NEFT, QAZ, HƏLƏ BİR DEMOKRATİYA DA?

“Joxovurd” qəzeti Azərbaycanda referendumdan yazır ki,2018-ci ildə İlham Əliyev daha 7 ilə prezident seçiləcək.

Qəzet o cümlədən beynəlxalq aləmi qınayır:“Neft və qazla zəngin ölkədə üstəlik hələ bir demokratik sistemin də olmasını beynəlxalq siyasi mərkəzlər qoymazlar”

Əliyevin seçilməsindən isə qəzetin fikrincə, narahat olmağa dəyməz: “nə qədər ki, Əliyev klanı hakimiyyətdədir, müharibənin başlaması ehtimalı minimaldır”.

GƏLİR BƏYANNAMƏSİ VERMƏYƏN MƏMUR

Yüksək vəzifəlilər gəlir bəyannaməsi vermirsə, verəndə qəsdən və bilməyərəkdən səhv edirsə, onları təkcə cərimələmək azdır, həm də cinayət məsuliyyətinə cəlb etmək lazımdır. News.am-ın məlumatına görə, bunu parlamentin iclasında hakim Respublika partiyasından olan deputat Khosrov Harutyunian deyib.

O təklif edib ki, məmur gəlirini bildirmirsə, ya bildirəndə səhv edibsə, birinci dəfə xəbərdarlıq etmək olar, ikinci dəfə cərimə 2 dəfə artmalıdır. 3-cü dəfə artıq həbs məsələsinə baxmaq lazımdır.

Təklif olunan qanun layihəsi gəlirini bildirməyən məmurun 400 min drama qədər cərimələnməsini nəzərdə tutur. Bu da təxminən 840 dollardır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG