Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:04

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Real Hərəkatinin həbsdə olan rəhbəri İlqar Məmmədovla görüşə buraxılmayıb.

Bu barədə həmməruzəçi özünün twitter mikrobloqunda yazıb.

Stefan Şennak sentyabrın 26-da Azərbaycanda keçirilən referendumda müşahidə aramasından bəhs edib.

Buna da bax:​ AŞPA-da Azərbaycanla bağlı müzakirə

“Ancaq İlqar Məmmədovla qısa görüşmə mümkün olmadı”, həmməruzəçi yazıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həmməruzəçinin REAL Hərəkatının rəhbəri ilə görüşə bilməməsini şərh etməyib.

Stefan Şennak Avropa Şurası Parlament Assambleyasının referendumu qiymətləndirmə missiyası daxilində Azərbaycana gəlmişdi. O, nümayəndə heyəti ilə birgə ölkə başçısı, parlamentin spikeri, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşmüşdü.

Buna da bax:​ İlqar Məmmədovla bağlı daha bir qətnamə

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun azadlığa buraxılması barədə qərar çıxarıb. Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə bu il aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG