Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Azərbaycanda xilasedici, hərbi və mülki helkopterlərə texniki xidmət mərkəzi yaradılacaq.

«Turan»ın xəbərinə görə, sentyabrın 27-də «Silk Way Helicopter Services»lə «Rusiya vertolyotları» şirkəti arasında bununla bağlı saziş imzalanıb.

Sazişi «Silk Way Helicopter Services»in baş direktoru Azər Sultanov və «Rusiya vertolyotları» şirkətinin direktor müavini Igor Chechikov imzalayıb.

Azərbaycanda helikopter parkı Zabrat qəsəbəsində yerləşir.

«Silk Way Helicopter Services» şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biri sayılır. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına «Sikorsky S-92A», «Leonardo Helicopters AW139», «Airbus Helicopters AS-332L1», «Airbus Helicopters EC-155B1», «Ми-8МТВ-1», «Ми-8АМТ»¸ həmçinin «Cessna 172S» tipli təyyarələr daxildir.

«Rusiya vertolyotları» SC Rusiyanın «Rostex» korporasiyasına aiddir.

XS
SM
MD
LG