Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Müdafiə naziri Zakir Həsənov sentyabrın 27-də Türkiyənin milli müdafiə naziri Fikri Işık-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş Bakı Ekspo Mərkəzində keçirilib.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Türkiyəli nazir Bakıya ADEX-2016 II Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək məqsədilə gəlib.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib.

Nazirliyin məlumatına görə, nazirlər mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da polemika aparıblar.

Zakir Həsənovun həmçinin, sərgidə iştirak edən belaruslu həmkarı Andrei Ravkov və Serbiyanın müdafiə naziri Zoran Djordjevic-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşdüyü bildirilir.

Bu görüşlərdə də hərbi əməkdaşlıq məsələlərindən danışıldığı qeyd edilir.

Sentyabrın 27-də Bakıda II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - ADEX-2016 başlayıb. Sərgi sentyabrın 30-na kimi davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG