Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 04:06

TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı XIX TÜRKSOY Opera Günləri keçirəcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, Opera Günləri oktyabrın 5-dən 12-dək davam edəcək.

Hər il baş tutan bu tədbir Azərbaycanın görkəmli sənətkarı, məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr ediləcək.

TÜRKSOY Opera Günlərinə bütün türkdilli ölkələrin tanınmış sənətkarları qatılırlar.

Festival konsertləri İstanbul və Girnədə keçiriləcək.

Azərbaycanı bu mötəbər tədbirdə Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri Azər Zeynalov və Afaq Abbasova təmsil edəcəklər.

Təmsilçilər konsertlərdə klassik dünya bəstəkarlarının əsərləri ilə yanaşı, vaxtilə Rəşid Behbudovun oxuduğuariya və duetləri də səsləndirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG