Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

Dünya əhalisinin 92%-i havanın həddən artıq çirkləndiyi zonalarda yaşayır.

Bunu BMT-nin səhiyyə agentliyi bildirib. Dünya Səhiyyə Təşkilatı sentyabrın 27-də yaydığı bəyanatda deyib ki, havanın çirklənməsi qəbulolunan limiti keçib. Bu isə sağlamlıqla bağlı problemlərə, o cümlədən beyin qan-damar sisteminin pozulmasına, ürək xəstəliklərinə, ağciyər xərçənginə səbəb olur. Hazırda dünyada 9 ölüm halından 1-ini havanın çirklənməsi ilə bağlamaq olar. «Bu, ictimai sağlamlığın böhran vəziyyətində olması deməkdir», - Dünya Səhiyyə Təşkilatından Maria Neira deyib.

2012-ci ildə 3 milyona qədər adamın havanın çirklənməsinin qurbanı olduğu qeydə alınıb.

Yeni hesabat peykdə və Yerdə aparılan araşdırmalara əsaslanır. Hesabata görə, ən çirkli zonalar Asiyanın cənub-şərqi, Aralıq dənizi bölgəsinin şərqi və Sakit okean regionunun qərbidir.

XS
SM
MD
LG