Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Referendumun yekun nəticələri açıqlandı


MSK
MSK

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-da keçirilmiş referendumun yekun nəticələrini açıqlayıb.

MSK sədri Məzahir Pənahov sentyabrın 27-də keçirdiyi mətbuat konfransında bütün seçki məntəqələrində səsvermə prosesinin başa çatdığını bildirib. O, bura Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərindəki məntəqələri də aid edib. Ölkələr arasında saat fərqi olduğundan, bütün məntəqələrdə səsvermə eyni vaxta yekunlaşmayıb.

M.Pənahovun məlumatına görə, 5 min 627 seçki məntəqəsinin hamısı hesabatını artıq onlara təqdim edib.

Onun bildirməsinə görə, səsvermənin nəticələrinə görə, Konstitusiyaya təklif edilən dəyişikliklərin hamısı yüksək faizlə dəstəklənib.

MSK-nın açıqlamalarına görə, Konstitusiyaya torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırılmasına imkan verən dəyişiklikləri seçicilərin 87.4 faizi dəstəkləyib. 7.4 faiz əleyhinə səs verib, səslərin 5.3 faizi isə etibarsız sayılıb.

Buna da bax-Referendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

Vətəndaşlıqdan çıxarılma imkanları yaradan dəyişikliyə seçicilərin 88.2 faizi «hə» deyib. Bu təklifi seçicilərin cəmi 6.8 faizi dəstəkləməyib.

Rəsmi nəticələrə görə, ölkə prezidentinə Milli Məclisi buraxmaq səlahiyyəti verən müddəalar da yüksək dəstək qazanıb – 87.9 faiz. Seçicilərin 6.9 faizi bu dəyişikliyin əleyhinə olub. Yerdə qalan səslər etibarsız sayılıb.

Yaş senzinin qaldırmasını da seçicilərin böyük əksəriyyətinin dəstəklədiyi deyilir. Seçicilərin 88 faizi 35 yaş tələbinin qaldırılmasına «hə» deyib. Seçicilərin 6.8 faizi bu məsələnin əleyhinə olub.

Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, ölkə başçısına növbədənkənar prezident seçkiləri təyin etmək hüququnun verilməsi ilə bağlı Konstitusiyaya təklif edilən dəyişikliyi isə seçicilərin 84 faizinin müdafiə etdiyi açıqlanıb. Seçicilərin 9 faizi bu təklifə «yox» deyib.

Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması təklifi də eyni dəstək alıb - lehinə 84.5, əleyhinə isə 9 faiz.

Azərbaycanının bir sıra müxalifət qüvvələri isə hesab edirlər ki, referendumda ciddi pozuntulara yol verilib. Qutulara topa-topa bülletenlər atılıb, təlimatlandırılmış şəxslər bir neçə yerdə səs veriblər.

Milli Şura və Müsavat Partiyası açıqlanan rəqəmləri qəbul etmirlər.

Buna da bax: Referendum günü - 100 saniyədə

Referendum günü - 100 saniyədə
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG