Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Avropa Birliyi komitəsi Ukraynaya sərbəst viza rejiminə razılıq verdi


Ukrayna pasportu

Ukrayna pasportu

Ukrayna vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız gələ bilməsində mühüm addım atılıb: sentyabrın 26-da Avropa Parlamentinin həlledici komitəsi olan Mülki Azadlıqlar, Əfalət və Daxili İşlər Komitəsi Ukrayna vətəndaşlarının vizadan azad edilməsi təklifini qəbul edib. Təklifin lehinə 38, əleyhinə 4 səs verilib.

Bundan sonra Ukrayna Avropa Birliyi Şurası ilə azad viza danışıqlarına başlaya bilər. Avropa Birliyi Şurası Avropa Birliyinin üzvü olan ölkələri bu məsələdə bir araya gətirəcək.

Reutersin məlumatına görə, immiqrasiya kəskin artsa, daha kəskin qaydalar qoyulması haqda Avropa Birliyi fövqəladə mexanizmə razılaşmamış, Almaniya və Fransa Ukrayna vətəndaşlarının Avropa Birliyinə sərbəst gəlməsi üçün onların vizadan azad edilməsinin əleyhinə idilər.

Ukraynaın 45 milyon əhalisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG