Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:23

İranın ali dini lideri Ayatollah Ali Khamenei keçmiş prezident Mahmud Ahmadinejadın gələn il keçiriləcək prezident seçkisində mübarizə aparmayacağını deyib.

İRNA agentliyinin məlumatına görə, Khamenei sentyabrın 26-da bu məsələnin onun və xalqın marağında olmadığını bildirib.

Qeyd edək ki, birinci dəfə 2005-ci ildə prezident seçilən Ahmedinejad, 2009-cu ildəki qalmaqallı seçkilərdə təkrar prezident oldu və bu, ölkədə kütləvi etiraz aksiyalarına səbəb oldu.

Son aylar onun prezidentlik uğrunda yenidən mübarizə aparacağı barədə məlumatlar dolaşırdı.

Həmçinin hazırkı prezident Hassan Rohaninin potensial rəqibi hesab olunan İslam İnqilab Qvardiyasının komandiri Kasem Suleyman prezidentlik uğrunda mübarizə aparmayacağını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG