Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Çılpaq uşaq fotoları Rusiyada qalmaqal yaratdı


Çılpaq uşaq fotoları Rusiyada qalmaqal yaratdı
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Çılpaq uşaq fotoları Rusiyada qalmaqal yaratdı

►Sərgi bağlandı. Cok Sterces işlərində pornoqrafiya olmadığını deyir

“Sərginin bağlanmasından təəccüblənir, eyni zamanda təşkilatçıların qərarından məyusam”.

Bunu Moskvada sərgisi bağlanan qalmaqalı və məşhur fotoqraf Cok Sterces (Jock Sturges) PEN-TV kanalına müsahibəsində deyib.

“Kədərliyəm, çünki gözəl şou eləmək istəyirdim. Dünyanın heç yanında belə şeyə rast gəlməmişəm. İşlərim bütün dünyada sərgilənir. İnsanlar bu fotosesiyaya baxmağa ona görə gəlirlər ki, bunu özləri istəyirlər”,deyə fotoqraf vurğulayır.

Sterces deyir ki, onun işlərində pornoqrafiya yoxdur və bu heç bir qalereyada görünməyib.

Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzində keçirilən fotosərgi ictimai təzyiqlərdən sonra bağlanıb.

Kremlyönlü fəallardan biri sərgiyə daxil olaraq fotoların üzərinə sidik atıb.

Rusiya Federasiya Şurasının üzvü Yelena Mizulina Stercesin əsərlərini uşaq pornoqrafiyası adlandırıb və onun təclili bağlanmasını tələb edib.

Həmçinin İctimai palatadakı təhlükəsizlik komissiyasının sədri Anton Tsvetkov onun əsərlərini “pedofiliyanın təbliği” adlandırıb.

"Rusiya zabitləri" ictimai təşkilatının nümayəndələri isə bazar günü sərginin girəcəyini bağlayıb və bundan sonra təşkilatçılar tədbiri ləğv eləməli olublar.

Sərginin kuratoru Natalya Grigoreva deyir ki, qənaətbəxş hesab olunmayan insanlara görə Mərkəzə problemlər yaranmasını istəmir və onlar işləmək, yeni sərgilər açmaq istəyirlər.

Məlumatlara görə, Stercesin fotolarının bəzilərində naturaçı kimi kamera qarşısında soyunmuş yeniyetmə qızlar var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG