Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Hələb yenidən bombalandığına görə Britaniya, Fransa və Birləşmiş Ştatlar Rusiyanı tənqid atəşinə tutublar. Sentyabrın 25-də BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.

Birləşmiş Ştatların BMT-dəki səfiri Samantha Power deyib ki, «Rusiyanın etdikləri terror əleyhinə mübarizə deyil, barbarlıqdır». Suriya rejimi Hələиə qarşı yeni əməliyyat olacağını keçən həftə elan etmişdi. Sentyabrın 19-dan—atəşkəs pozulandan bəri Hələbdə ölənlərin sayı 230-u keçib.

Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin-in dediyinə görə, Suriya qüvvələri Hələbdəki terrorçulara qarşı əməliyyat aparıb, sakinlər arasında itkinin mümkün qədər az olmasına çalışıblar. O, bombardmanda Rusiyanın da iştirak edib-etməməsi barədə bir söz deməyib. Churkin vəziyyətə görə Suriyadakı müxalif silahlı qruplaşmaları günahlandırıb və Suriyada sülhün bərpasının yerinə yetirilməsi qeyri-mümkün olan tapşırığa çevrildiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG