Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:18

Azərbaycan teatrına Polşadan dəstək


Polşanın "Stowarzyszenie "Kamienna Tęcza" təşkilatının Azərbaycanın "Əsa" teatrına dəstək aksiyası.
Polşanın "Stowarzyszenie "Kamienna Tęcza" təşkilatının Azərbaycanın "Əsa" teatrına dəstək aksiyası.

-

Polşadan Azərbaycan teatrına dəstək

Polşanın Vrotslav şəhərində yerləşən “Stowarzyszenie "Kamienna Tęcza"” təşkilatı Azərbaycanda yeni yaranan, əlilliyi olan aktyorlardan ibarət “ƏSA” Teatrına dəstək aksiyası keçirib.

Buna da bax: Azərbaycanda bir ilk. Əlilliyi olan aktyorlar teatr yaradıb


Aksiyada daun sindiromlu və müxtəlif əlilliyi olan insanlar iştirak edib. Təşkilatın rəhbəri Elżbieta Graf, belə bir teatrın mövcudluğunun dünya üçün də vacib olduğunu və davamlı şəkildə “ƏSA” Teatrına dəstək göstərəcəklərini deyib: “Nəinki bizim təşkilat, belə bir teatr bütün dünyanın marağındadır. Biz müxtəlif yaş qruplarından ibarət daun sindromlu və mental problemli insanlarla çalışırıq. Təşkilatımız teatrla bağlı “workshop”-lar da keçirir. Üzvlərimiz “ƏSA” Teatrından xəbər tutanda çox sevindilər.”

Teatrdan verilən məlumata görə, avropanın digər ölkələrindən də dəstək məktubları alırlar.

Polşanın "Stowarzyszenie "Kamienna Tęcza"" təşkilatının Azərbaycanda yeni yaranmış "ƏSA" teatrına dəstək aksiyası.

Qeyd edək ki, “ƏSA” Teatrı sentyabr ayının əvvəlində aktyor-fotoqraf Nihad Qulamzadə tərəfindən təsis edilib. Teatrın direktoru Murad Məmmədov, meneceri Nicat Qulam, bədii hissə müdiri isə Orxan Adıgözəldir.

Teatrın ilk tamaşasının premyerası oktyabr ayının ortalarına planlanır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG