Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

'Humanitar yardım karvanını bombalamaqla Rusiya hərbi cinayətə yol verib'


Ukrayna. Rusiyanın Suriyadakı əməllərinə aid siyasi karikatura

Ukrayna. Rusiyanın Suriyadakı əməllərinə aid siyasi karikatura

Rusiya Suriyada müharibənin uzadılmasında günahkardır və humanitar yardım dolu karvanı bombalamaqla hərbi cinayətə yol verib.

Bunu Britaniyanın xarici işlər naziri Boris Jhonson BBC-yə müsahibəsində deyib.

Buna da bax:​ Türkiyə-Suriya sərhədinə yardım dolu 20 yük maşını toplaşıb

Hələbə humanitar yardım aparan 31 yük maşınından ibarət karvan bir neçə gün əvvəl hava hücumuna məruz qalıb, 20 dinc sakin ölüb. ABŞ Rusiya təyyarələrinin karvanı bombaladığını, Rusiya isə buna bağlılığı olmadığını bildirir.

“Rusiya müharibənin uzanmasında günahkardır və bütün bunları çox pis şəkildə həyata keçirir”, - Jhonson deyib. O əlavə edib ki, humanitar yardım karvanını bombalamaq hərbi cinayətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG