Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

Naxçıvanda mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb.

Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev naxcivanxeberleri.com saytına bildirb ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Muxtar Respublikanın rayonlarının seriya nömrələri olacaq: “Bundan sonra Babək – 67, Şərur – 68, Ordubad – 69, Şahbuz – 71, Culfa – 72, Sədərək – 73, Kəngərli – 74, Naxçıvan şəhəri – 75 olacaq”.

Buna da bax:​ Nömrəsi 85-lə başlamayan maşınlar Naxçıvandn çıxarılır

Nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur.

Aydın Ağayev deyib ki, nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.

Bir müddət əvvəl 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG