Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Rusiya quru qoşunları Pakistanda ilk dəfə hərbi təlim keçəcək.

İki həftə davam edəcək hərbi təlimlə bağlı Pakistan ordusunun sözçüsü Asim Bajwa öz Twitter hesabında məlumat verib.

Rusiya Ordu Komandanlığının mətbuat xidməti bildirib ki, «Dostluq 2016» təlim məşqlərinə 70-dən çox rusiyalı hərbçi qoşulub.

Təlim-məşqlər Pakistanla Hindistan arasında münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir.

Pakistanın müdafiə və təhlükəsizlik üzrə eksperti «France Presse»ə deyib ki, bu təlim-məşqlər Rusiyanın Cənubi Asiyada mövqelərini genişləndirmək məqsədi daşıyır və Hindistanın ABŞ-la yaxınlaşmasının «təbii nəticəsidir».

Kəşmirdə sentyabrın 18-də azı 17 hindistanlı hərbçinin ölümündən sonra Hindistanla Pakistan arasında münasibətlər gərginləşib.

XS
SM
MD
LG