Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

ABŞ prezidenti Barak Obama 11 Sentyabr terror qurbanlarının ailələrinə Səudiyyə Ərəbistanı və başqa ölkə hakimiyyətlərinə qarşı iddia qaldırmağa imkan verən qanun layihəsinə veto qoyub.

Obama-nın sözlərinə görə, qanun layihəsi terrorçu islam qrupları ilə ABŞ-ın əməkdaşlıq etməsinə problem yarada bilər.

Konqres vetonu dəf etmək istəyir. Amma bunun üçün Palata və Senatın üçdə ikisinin səsi lazımdır, bu zaman qanun keçərsə, prezidentin imzasına ehtiyac qalmır.

Əgər qanun layihəsi qəbul edilsə, ABŞ başqa ölkələrin onun ərazisindəki hesab və aktivlərinə həbs qoya bilər. Layihədə göstərilir ki, 11 Sentyabr terror qurbanlarının ailələri Səudiyyə Ərəbistanına qarşı iddia qaldıra bilərlər.

Həmin terrorun 19 iştirakçısından 15-i Səudiyyə Ərəbistanındandır. Səudiyyə Ərəbistanı hakimiyyəti isə qanun layihəsi qəbul edildiyi təqdirdə sahib olduğu 750 milyard dollarlıq Amerika aktivini satacağı ilə hədələyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG