Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Misir sahillərində batan qayıqda ölənlərin sayı 100-ü keçdi


Misir sahilləri

Misir sahilləri

Misir sahillərində miqrantlar olan qayığın batmasında ölənlərin sayı 100-ü keçib.

Onlarla miqrantın taleyi isə bəlli deyil. Onların çoxunda xilasedici jiletlər olmayıb. Qayıq sahibləri bu jiletlərə görə əlavə pul istəyirmiş.

Qayığı sürən 4 şəxs həbs olunub. Onlara qarşı cinayət işi açılacaq.

Qayıqda ümumilkdə 600 miqrant var idi. Misirdən, Suriyadan və Afrikadan olan qaçqınlar bu yolla İtaliyaya getmək istəyirdi, ancaq qayıq Misir sahillərində batdı.

İlin əvvəlindən gəmilərdə 3 mindən çox miqrant batıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG