Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

“Kommunist” partiyası SSSR-i ideyalarına dağıdıcı zərbə vurdu”.

RİA-Novostinin məlumatına görə, bunu sentyabrın 23-də Rusiya prezidenti Vladimir Putin deyib:

“Bunun əvəzində demokratik xarakterli transformasiya eləmək olardı. Amma diqqətinizə çatdırım ki, həmin vaxt SSSR-nin başında məhz “Kommunist” partiyası dururdu, hansı ki, istənilən dövlət üçün məhvə aparan millətçi və digər dağıdıcı ideyalar yeridirdi”, deyə Putin vurğulayıb.

Qeyd edək ki, keçmiş Sovet İttifaqının sonuncu rəhbəri Mikhail Gorbachev olub.

1985-ci ilin martından 1991-ci ilin avqustunadək o, Kommunust Partiyası Mərkəzi Komitəsinin baş katibi, 1990-cı ilin martından 1991-ci ilin dekabrınadək isə Sovet İttifaqının prezidenti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG