Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:25

Palata 100-ə yaxın sığorta agentinin lisenziyasını ləğv edib


Şəhadətnamə (arxiv fotosu)

Şəhadətnamə (arxiv fotosu)

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) Direktorlar Şurasının sentyabrın 23-ü verdiyi qərar ilə 2 hüquqi və 86 fiziki şəxsin sığorta vasitəçisi kimi lisenziyası ləğv edilib.

Palatadan verilən məlumatda, “Lider Sığorta Agentliyi” MMC-nin lisenziyasının ləğv olunmasına səbəb, qanunvericiliyin tələblərinə zidd olaraq sığorta sirri hesab edilən məlumatların yayılmasına şərait yaradıldığı göstərilir. Habelə, bu cəmiyyətə lisenziya verilməsindən ötrü əsas götürülmüş rəhbər vəzifəyə təyin ediləcək şəxs barədə yanlış məlumatlar verildiyi qeyd edilir.

“Lider Sığorta Agentliyi” MMC-nin lisenziyasının ləğv olunmasına səbəb, qanunvericiliyin tələblərinə zidd olaraq sığorta sirri hesab edilən məlumatların yayılmasına şərait yaradıldığı göstərilir.

Palata bildirir ki, “Lider Sığorta Agentliyi” MMC-də aparılmış yoxlama zamanı hesabatların təqdim edilməməsi və təhrifə yol verilməsi, sığorta sirri ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşkar edilib. Bundan başqa, lisenziya verilməsindən ötrü əsas götürülmüş sənədlərdə yanlış məlumatlarla bağlı faktlar aşkar edilib.

Buna da bax:​ Palatadan banklara xəbərdarlıq

Məlumata görə, “Lider Sığorta Agentliyi” MMC fəaliyyət dövrü ərzində 526 min 762 sığorta müqaviləsi üzrə ümumilikdə 93 milyon 418 min 418 manat sığorta haqqı toplayıb. Bunun əvəzində komisyon muzd əldə edib.

Yoxlama zamanı “Lider Sığorta Agentliyi” MMC-nin hesabatlarında məlumatların təhrif edildiyinin aşkarlandığı da qeyd edilir...

Yoxlama zamanı “Lider Sığorta Agentliyi” MMC-nin hesabatlarında məlumatların təhrif edildiyinin aşkarlandığı da qeyd edilir: “2014-cü il ərzində sığorta müqavilələrinin bağlanmadığı açıqlanıb. Ancaq yoxlama zamanı qurumun 2014-cü ilin 9 ayı ərzində 157 min 783 müqavilə bağladığı, 32 milyon 350 min 476 manat sığorta haqqının toplandığı aşkar olunub”.

Direktorlar Şurasının qərarı ilə həmçinin, sığorta agenti fəaliyyəti ilə məşğul olan daha 1 hüquqi və 86 fiziki şəxsin lisenziyaları ləğv edilib.

Buna da bax:​ Icbari tibbi sığorta 1 rayonda və 1 şəhərdə

Bunun 9 halda könüllü, qalanlarının isə məcburi qaydada olduğu bildirilir.

Direktorlar Şurasının digər qərarına əsasən isə rüblük hesabatlarını maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi formada Palataya təqdim etmədiklərinə görə, 78 fiziki şəxsin lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb.

“Lider Sığorta Agentliyi” MMC və digər sığorta agentlərinin bu qərara münasibətini öyrənmək, hələlik, mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG