Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

"İskander"i Rusiyadan icazəsiz ata bilərikmi?-Erməni mediasının əsas sualı


 Iskander-M

Iskander-M

Ermənistanda hamını maraqlandıran bir sual yaranıb: “Rusiyanın verdiyi “İskander-M” raketlərini Ermənistan Rusiyadan icazəsiz istifadə edə bilərmi?”

Sualın cavabı isə deyəsən, yoxdur. Həttta Ermənistan parlamentinin üzvü, ehtiyatda olan polkovnik Gevorq Baqdasaryan İrates qəzetinə deyib: “Mən istərdim ki, kimsə, dəqiq desin: İskander sistemindən istifadəyə bizim icazəmiz varmı? Yoxsa buna icazəni ruslar verməlidir?”

TÜRKİYƏ HELİKOPTERİNİ VURMAĞA QOYMADILAR

Baqdasaryanın izahı da maraqalıdır: “Türkiyə helikopteri Ermənistan ərazisini keçəndə o helikopteeti vurmağı bizə qadağan etdilər. Ancaq Rusiyanın təyyarəsi Türkiyə sərhəddində olan kimi onu vurdular.”

Erməni mediası "İskanderdən istifadəyə icazə varmı? -sualına daxildə cavab ala bilmir, üzünü Rusiya hərbi təhlilçilərinə tutur.

Pavel Felgenhauer

Pavel Felgenhauer

Erməni Birinci İnformasiya Kanalı rusiyalı hərbi təhlilçi Pavel Felgenhauerdən soruşub ki, “İskander raketindən istifadə olunsa, bununhərbidən başqa, böyük strateji və siyasi nəticəsi ola bilər, ona görə, Ermənistan bu raketdən müstəqil istifadə edə bilərmi?”

Felgenhauer suala cavabdan yayınır, yalnız silahın əhəmiyyətindən danışır: “bu silah hökumət binalarına, hava limanlarına dəqiq zərbə endirə bilər. Böyük əhəmiyyəti olan bu obyektlər, Azərbaycanın siyasi hakimiyyətinə kimi, dəqiq zərbələrə məruz qala bilər”

Rusiyalı təhlilçi müsahibənin başqa yerində İskanderdən istifadədə tələb olunan texniki məsələlərə toxunur:

“Dəqiq vurmaq üçün, məsələn, Bakıda prezident sarayını vurmaq üçün” hədəfin peykdən çəkilmiş yaxşışəkilləri olmalıdır.

“Ermənistan çox dəqiq silah alır, ancaq təkrar edirəm,yaxşı peyk şəkilləri və ya təyyarələrdən yaxudpilotsuz təyyarələrdən çəkilmiş şəkillər olmalıdır. Bu fotolar raket buraxılmazdan əvvəl kassetə qoyulmalıdır. Mən bilmirəm, Ermənistanın belə imkanları varmı?”

500 KM YOXSA 280?

Erməni mediası Türkiyə mediasında eyni məsələ ilə bağlı yazılarına toxunanda tamam isə başqa cür yazır. İskander-in vurduğu 500 km olur 280.

Birinci Erməni İnformasiya Kanalı (BEİK) yazır ki,Türkiyədə çıxan Dünya Bülteni Ermənistanın aldığı İskaner-M raketlərinin Türkiyəyə təhlükə yaratdığını bildirir.

BEİK yazır: ”Dünya Bülteni iddia edir ki, İskander-M-in radiusu 500 km-dir, bununla da Ermənistan region ölkələrinə, o cümlədən Türkiyənin şərqinə təhlükə yaradır”.

BEİK buna şərh verir ki, “hərbi ekspertlərin dediyinə görə, İskander-M-in radiosu 280 km-əcən azaldılıb. Çünki beynəlxalq müqavilələr 300-dən uzağa vuran raketlərin başqa ölkələrə satışını qadağan edir.”

XS
SM
MD
LG