Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

ABŞ-ın Tulsa şəhərində silahsız qaradərilini güllələyən qadın polis əməkdaşına qarşı bilməyərəkdən qətl törətməklə bağlı ittiham irəli sürülüb və cümə axşamı həbsinə order verilib.

Bu barədə Tulsa dairəsinin prokuroru Stiven Kunzweiler məlumat verib.

Betti Şelbinin (Betty Shelby) 40 yaşlı Terens Koçanı (Terence Crutcher) güllələməsinin videosu yayıldıqdan sonra, ölkədə yenidən polis zorakılığına qarşı etirazlar başlayıb.

Havadan çəkilmiş videonu şəhərin polis departamenti yayıb.

Prokuror deyir ki, məhkəmə qərar çıxaranadək, o, günahsız hesab olunacaq.

Terence Crutcherin maşını ötən cümə günü yolda xarab olubmuş.

Bu vaxt yaxınlaşan polislər, onu əlləri yuxarı halda maşından çıxararaq güllələyib.

Kadırlardan onun polisə tabe olduğu görünür, amma polisin onu nəyə görə öldürməsi bəlli deyil.

Şelbinin vəkili deyir ki, o Crutcheri, həyatından qorxduğuna görə güllələyib.

Amma şəhər polis departamenti onun silahsız olduğunu və maşından heç bir silah tapılmadığını bildirir.

Həmçinin Birləşmiş Ştatların Ədliyyə Departamenti faktla bağlı ayrıca istintaqa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG