Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

SOCAR prezidenti Rövnəq Abdullayev gələn həftə Afinada Yunanıstan hökuməti ilə DESFA qazpaylayıcı şirkətinə məxsus səhmlərin 66 faizinin alınması üzrə danışıqlar aparacaq.

Xəbəri «Turan» İnformasiya Agentliyi yayıb.

«Sentyabrın sonunda Afinaya səfər planlaşdırıram. Onlar bizi gözləyir», - deyə R.Abdullayev bildirib.

R.Abdullayev həmçinin, medianı sözügedən əqd ətrafında ajiotaj yaratmamağa çağırıb.

2013-cü ildə SOCAR böhran keçirən DESFA-nın (Milli Təbii Qaz Sistemi Operatoru ) 66 faizini 400 milyon avroya almaq barədə razılaşma əldə etmişdi. Lakin bundan sonra Avropa Birliyinin rəqabətə nəzarət rəsmiləri Azərbaycan şirkətindən öz payının 17 faizini üçüncü tərəfə satmağı tələb etmişdilər. Bu halda SOCAR-ın payı 49 faizə düşür, o, həlledici paketə malik olmur və inhisarçıya çevrilmirdi.

DESFA-nın satışını daha da çətinləşdirən Yunanıstanın yeni qəbul etdiyi qanun olub. Bu qanuna əsasən, DESFA-nın qaz tarifləri gözlənildiyindən xeyli aşağı səviyyədə müəyyən edilib. SOCAR-ın rəyinə görə, tariflər aşağı salındığından, DESFA-nın qiyməti 50 faiz ucuzlaşmalıdır.

Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsini 2010-cu ildən bəri beynəlxalq borclarının ödənməsinə dair üzərinə götürdüyü öhdəlik çərçivəsində həyata keçirir.

SOCAR-ın DESFA-nın özəlləşdirilməsində iştirakından ötrü zəmanət məktubunun müddəti bu il sentyabrın 30-da başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG