Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federica Mogherini ilə görüşüb.

Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Nazirlik bildirir ki, görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.

Tərəflər Azərbaycanla AB arasında tərəfdaşlığın yeni müstəviyə qaldırılmasından ötrü tezliklə danışıqlara başlamağa hazır olduqlarını, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafında geniş potensialın mövcudluğunu qeyd ediblər.

Azərbaycanla AB arasında bu il iyulun 6-da çərçivə sazişinə dair sənəd imzalanıb.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Azərbaycan rəsmiləri son illər bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verir.

BMT Baş Məclisinin 71-ci sessiyası sentyabrın 13-də başlayıb. Sessiya sentyabrın 26-na kimi davam etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG