Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:17

Qırğızıstan prezidenti müalicə üçün Moskvaya gedib


Almazbek Atambaev

Almazbek Atambaev

Qırğızıstan prezidenti Almazbek Atambaev müalicə üçün Moskvaya gedib.

Bu barədə sentyabrın 23-də prezidentin rəsmi saytı məlumat yayıb.

Atambaev sentyabrın 20-də BMT-nin Baş assambleyasının Nyu-Yorkda keçirilən sesiyasına gedərkən yolda halı pisləşib və təyyarəsi Türkiyəyə məcburi eniş etməli olub.

Həkimlər onun ürəyində problem olduğunu deyirlər.

Bundan sonra prezident müalicə üçünoktyabrın 1-dək məzuniyyət götürməli olub.

Sentyabrın 17-də Atambaevin 60 yaşı tamam olub.

2011-ci ildə prezident seçilən Atambaevin səlahiyyət müddəti gələn ilin sonunda bitir.

Ölkə konstitusiyasına görə, prezident ikinci dəfə seçilə bilməz.

Müxalifət Atambaevi, getdikdən sonra hakimiyyətə nəzarəti əlində saxlamaq üçün konstitusiyada düzəliş etməyə cəhddə günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG